2019-cu iqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb. Mükafat Abhijit Banerjee, Esther Duflo və Michael Kremer-ə qlobal yoxsulluğun azaldılması yönündə işinə görə təqdim olunur.
“2019-cu il iqtisadiyyat elmləri üzrə laureatların apardığı tədqiqat bizim qlobal yoxsulluqla mübarizə qabiliyyətimizi xeyli dərəcədə yaxşılaşdırıb”, – Akademiya mükafat qaliblərinin adlarını açıqlayarkən bildirib.
Bu mükafat əvvəl belə adlanırdı – Alfred Nobel-in xatirəsinə İqtisadiyyat Elmləri üzrə Sveriges Riksbank Mükafatı.
“Sadəcə iyirmi il ərzində onların təcrübəyə əsaslanan yanaşması inkişaf iqtisadiyyatında dəyişiklik yaradıb və hazırda çiçəklənən tədqiqat sahəsinə çevrilib”, – bəyanatda deyilir.