Honq Konqda etirazlar davam edir

Honq Konq, arxiv fotosu

Honq Konqda demokratiya tələb edən fəallar oktyabrın 14-də yürüşləri davam etdirməyi planlaşdırırlar. Həftəsonu etirazlarında Molotov kokteylləri atılıb, polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Bu günə etiraz aksiyası hökumət binalarının yaxınlığına təyin olunub.

Bazar günü aksiyaları əvvəl dinc başlayıb, sonradan zorakı forma alıb, polis fəallarla toqquşub. Bir polis əməkdaşının boğazından xəsarət aldığı, daha ikisinin üzünə ağır əşyalar atıldığı xəbər verilir.

“Reuters” bir polis məntəqəsinə 20 Molotov kokteylinin atıldığını yazır.

Dörd aya yaxındır Honq Konqda etiraz aksiyaları davam edir. İlkin olaraq ekstradisiya qanununa qarşı çıxan etirazçıların tələbləri sonradan genişlənib, daha geniş demokratiya tələb etməyə başlayıblar.

Etirazlarda indiyədək 1700-dək aksiyaçı saxlanıb. Çin bu etirazları Prezident Xi Jinping hakimiyyətə gələndən ona qarşı ən böyük narazılıq göstəricisi sayır.