Nobel Sülh mükafatının qalibi bilindi

Abiy Ahmed

2019-cu il Nobel Sülh mükafatı Efiopiyanın Baş naziri Abiy Ahmed-ə verilib. Mükafatın onun sülh və beynəlxalq əməkdaşlığa nail olması, qonşu Eritreya ilə sərhəd münaqişəsinin həllində qətiyyətli təşəbbüsünə görə verildiyi bildirilir.

1998-2000-ci illərdə iki ölkə arasında sərhəd müharibəsi baş verib, Efiopiya sərhədi mübahisələndirdiyindən iki ölkə arasında gərginlik on ildən çox qalıb.

2018-ci ilin aprelində vəzifəyə keçən Ahmed siyasi məhbusları azad edib, Eritreya lideri Isaias Afwerki ilə sərhəd mübahisəsinə son qoymaq üçün sülh sazişi imzalayıb.

Ahmed ölkədə qadın hüquqlarının təminatı üzrə də islahatlar aparıb, hökumətdə 20 nazir postundan yarısına qadınları təyin edib.

9 milyon İsveç kronu (900 min dollar) dəyərində mükafat dekabrın 10-da Osloda təqdim olunacaq.

***

Bu gün – oktyabrın 11-də Nobel Sülh Mükafatı təqdim olunmalıdır.

Dünyanın ən nüfuzlu mükafatının mümkün laureatları arasında isveçli yeniyetmə iqlim fəalı Greta Thunberg-in adı çəkilir.

Mükafat isveçli yeniyetməyə verilsə, o, 16 yaşında ən gənc laureat ola bilər.

Ancaq bəzi ekspertlər Sudanla sülh sazişi əldə etmiş Efiopiyanın Baş naziri Abiy Ahmed-in, yaxud Sərhədsiz Reportyorlar Təşkilatının mükafata yiyələnəciyini deyirlər.

Yəmən münaqişəsində gördüyü işə görə BMT-nin Dünya Ərzaq Proqramının adı da çəkilir.

Qalibin adı Osloda, Nobel İnstitutunda açıqlanacaq.