Londonun iki məşhur meydanı – Trafalqar və Parlament meydanlarında ətraf mühit fəalları iqlim dəyişikliyinə etiraz aksiyası keçirirlər.
Oktyabrın 8-də etirazların ikinci günü keçirilir və polis 300-dən çox adamı saxlayıb.
Etirazçıları “kontakta girməyən qorxaqlar” adlandıran Baş nazir Boris Johnson oktabrın 8-də onları dağılışmağa, yolları bağlamağı dayandırmağa çağırıb.
Parisin mərkəzində isə yüzlərlə fəal etiraza çıxıb.
“Extinction Rebellion” (Nəslin kəsilməsinin üsyanı), yaxud XR adlı hərəkat hökumətləri iqlim dəyişikliyi ilə bağlı təcili addımlar atmağa çağırır.
Apreldə Londonda keçirilən böyük nümayiş Britaniya paytaxtında yolları iflic etmişdi.