MTN zabiti vaxtından əvvəl azadlığa buraxılmadı

MTN

MTN-in Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini olmuş Orxan Osmanov vaxtından əvvəl azadlığa çıxmaq üçün aylardır ki, məhkəmələrə ərizələr yazır. Lakin məhkəmələr onun istəyini təmin etmir. Baxmayaraq ki, O.Osmanovun cəzasının başa çatmasına çox qalmayıb, oktyabrın 7-də ona yenə «yox» deyilib.

2015-ci ilin oktyabrında MTN-də Eldar Mahmudov da daxil, çoxsaylı şəxslərin vəzifədən çıxarılması, 20-dən artıq adamın həbsi ilə nəticələnən əməliyyatdan sonra cəzalandırılanlardan biri də O.Osmanov idi. General Akif Çovdarov, polkovnik Səlim Məmmədov və Akif Əliyevlə birlikdə mühakimə olunan O.Osmanova 4 il həbs cəzası verilib.

O, bu ilin əvvəlində Xəzər rayon Məhkəməsinə ərizə verib ki, şərti olaraq, vaxtından əvvəl azadlığa çıxa bilsin. Lakin onun ərizəsi təmin edilməyib. Qərardan apellyasiya şikayəti versə də, yenə «yox» cavabı alıb.

O, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Ali Məhkəmədə Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası da onun şikayətini təmin etməyib.

O.Osmanovun cəzası oktyabrın sonunda başa çatır. O, həbsindən sonra Bakı istintaq təcridxanasında ِözünə xəsarət yetirməyə cəhd göstərmişdi.

O.Osmanova qarşı irəli sürülən ittihamlardan biri də «Bakı Metropoliteni»nin keçmiş rəhbəri Tağı Əhmədovun qohumlarının MTN-də dِöyülüb, onlardan T.Əhmədovun əleyhinə ifadə almaq cəhdi barədə idi.

O.Osmanov özünü təqsirli bilmirdi.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Keçmiş MTN-çilərə 3 ildən 14 ilədək həbs verilib.

Həbs olunan sabiq MTN-çilərdən bir qismi sonradan artıq azadlığa buraxılıb.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.