Oktyabrın 7-dən başlayaraq bir həftə ərzində Nobel mükafatları təqdim olunur.
Bu gün Stokholmda fiziologiya və tibb sahələri üzrə qaliblər açıqlanıb. Mükafata William G. Kaelin Jr, Sir Peter J. Ratcliffe və Gregg L. Semenza “hüceyrələrin oksigenin mövcudluğunu necə hiss etdiyi və ona necə adaptasiya olunduğu barədə kəşflərinə görə” layiq görülüblər.
Oksigenin fundamental əhəmiyyəti əsrlər boyunca dərd edilib, ancaq hüceyrələrin oksigen səviyyəsinə necə adaptasiya olunduğu bəlli deyildi.
9 milyon kron (918 min dollar) üç alim arasında bərabər bölünəcək.
Oktyabrın 8-də fizika, bir gün sonra isə kimya üzrə Nobel mükafatları verilməlidir.
Oktyabrın 10-da həm ötən il, həm də bu il üçün ədəbiyyat, 11-də isə Sülh mükafatı təqdim olunacaq. Ötən il cinsi qısnama iddiaları üzündən ədəbiyyat Nobeli verilməmişdi.
İqtisadiyyat üzrə Nobelinin qalibi oktyabrın 14-də açıqlanacaq.
1901-2018-ci illərdə Fiziologiya və Tibb üzrə 109 Nobel mükafatı verilib.
İndiyədək bu mükafatın 12 qadın qalibi olub.