İran Prezidenti Hassan Rohani-nin qardaşı korrupsiya və rüşvətxorluqda təqsirli bilinərək beş il həbsə məhkum edilib.
Ədliyyənin sözçüsü Gholamhossein Esmaili oktyabrın 1-də jurnalistlərə deyib ki, Hossein Fereydoun başqa bir iş üzrə əlavə ittihamlarla üzləşə bilər.
Yarırəsmi Fars xəbər agentliyi “məlumatlı mənbə”yə istinadla yazır ki, “Fereydoun-un banklarda, iqtisadiyyatın digər sektorlarında böyük məbləğdə rüşvət verən müəyyən şəxslərə pul verdiyi iddia olunur”.
İki il öncə 46-dan çox deputat Rohani-ni qardaşını “maliyyə korrupsiyası ittihamları” ilə üzləşməkdən ötrü məhkəməyə təqdim etməyə çağırırdı.
Həmin tələb o zaman Rohani-nin rəqiblərinin bəyanatları ilə üst-üstə düşürdü. Onlar prezidentin “gözü-qulağı” olan Fereydoun-u korrupsiyada ittiham edirdilər.