Ermənistanın keçmiş polis rəisi Haik Harutyunian Yerevandakı evində ölü tapılıb, onun başından güllələnib.
Polisin sentyabrın 24-də AzadlıqRadiosu-na (RFE/RL) bildirməsinə görə, Harutyuniayn-ın cəsədi ötən gecə aşkarlanıb və ilkin təhqiqat intihar versiyasını araşdırır.
Harutyunian 2003-2008-ci illərdə baş polis rəisi, 2010-2014-cü illərdə isə penitensiar xidmət rəisi vəzifələrində çalışıb.
O, keçmiş prezident Robert Kocharian-a qarşı cinayət işində şahid idi.
Kocharian və daha üç keçmiş məmur 2008-ci ilin mart hadisələri ilə əlaqədar konstitusion quruluşu devirməkdə ittiham olunur. O zaman prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı hərbçilərdən istifadə olunmuş, toqquşmalarda azı 8 nəfər həlak olmuşdu.
2018-ci ilin iyulunda həbs olunan Kocharian məhkəmə qərarları ilə iki dəfə həbsdən buraxılıb, sonradan prokurorların şikayəti əsasında yenidən həbs olunub.