Ustinovu buraxırlar

Pavel Ustinov məhkəmədə

Moskva Şəhər Məhkəməsinin hakimi aktyor Pavel Ustinov-un buraxılmasına dair prokurorluğu vəsatətini təmin edib. Aktyor ötənaykı etiraz zamanı polisə zorakılıqda təqsirli bilinərək 3 il yarım azadlıqdan məhrum edilmişdi. Prokurorluq sentyabrın 19-da onun apellyasiya şikayətinə baxılanadək heç yerə getməmək iltizamı ilə azadlığa buraxılmasına dair vəsatət qaldırmışdı.

“Current Time TV”nin əməkdaşı sentyabrın 20-də məhkəmədə olub. Onun məlumatına görə, Ustinov həbsdən dərhal buraxılmayıb, çünki rəsmi sənədləşmə tamamlanmalıdır.

Hakim Ustinov-un başqa yerə getməmək iltizamıyla buraxılacağını, appelyasiya prosesi ərzində Moskvada çıxa bilməyəcəyini bildirib.

Etiraz aksiyasında iştirak etmədiyini deyən Ustinov-un apellyasiya şikayəti verməkdən ötrü sentyabrın 26-dək vaxtı var. Aktyor və vəkili Anatoly Kucherena apellyasiya verəcəklrini deyiblər.

Sentyabrın 18-də 100-dək aktyor hər biri bir dəqiqə olmaqla Ustinova azadlıq tələb edən plakatlar qaldırıblar. Rusiya qanunvericiliyi təkadamlıq etirazları icazəsiz keçirməyə imkan verir.