Qazaxıstan Prezidenti Qasym-Zhomart Toqaev yeni xarici işlər naziri, işlər idarəsinə rəhbər təyin edib.
Toqaev-in idarəsinin sentyabrın 18-də bildirməsinə görə, Mukhtar Tleuberdi xarici işlər naziri təyin olunub. Əvvəlki nazir Beibut Atamqulov isə indi sənaye və infrastruktur inkişafı naziridir.
Xarici İşlər Nazirliyi Tleuberdi-nin 2016-cı ildən xarici işlər nazirinin müavini postunda çalışdığını bildirir.
Qyrymbek Kosherbaev işlər idarəsinin rəisliyindən kənarlaşdırılıb, dövlət katibi təyin olunub. O, “başqa işə transfer olunmuş” Marat Tazhin-i əvəzləyir.
Qaraqandı regionunun əvvəlki qubernatoru Erlan Qoshanov isə işlər idarəsinin rəisi təyin olunub.
Toqaev-in idarəsi dəyişikliklərin səbəblərini açıqlamır.
66 yaşlı Toqaev iyunun 12-də Qazaxıstanın yeni prezidenti kimi and içib. Onu keçmiş avtoritar prezident Nursultan Nazarbaev varisi kimi seçib.
Ölkədə növbədənkənar prezident seçkisi etirazlarla müşayiət olunub.