Sentyabrın 19-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağı təxmin edilir. Cənub-qərb küləyinin əsəcəyi, axşam onun şimal-qərb küləyi ilə əvəzlənəcəyi və arabir güclənəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 18-21, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında da sentyabrın 19-da bir elə yağıntı gözlənmir. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təxmin edilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 19-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənir, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.