Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Dövlət katibi, kardinal Pyetro Parolin ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 17-si məlumat yayıb.
Görüşdə tərəflərin Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə etdikləri bildirilir.
Məlumatda vurğulanıb ki, E.Məmmədyarov bu il noyabrın 14-15-də Bakıda keçiriləcək «Dünya dini liderlərinin II Bakı Sammiti» ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin dəvətini Müqəddəs Taxt-Tacın Dövlət katibinə təqdim edib.
Tərəflər həmçinin, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.
Xatırlatma
Azərbaycan xarici işlər naziri E.Məmmədyarovun sentyabrın 15-dən bir sıra Avropa ölkələrinə səfəri başlayıb. Onun bundan sonra Macarıstanda olacağı, bir sıra işgüzar görüşlər keçirəcəyi gözlənir.