Bugün, sentyabrın 16-də Azərbaycan ordusunun müxtəlif qoşun növləri genişmiqyaslı əməliyyat-taktiki təlimlərə başlayır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər sentyabrın 20-nə kimi davam etməlidir.
Verilən məlumata görə, təlimin mövzusunda, əsasən, dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi dayanır.
Bu prosesə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnikanın cəlb edildiyi bildirilir. Habelə, təlimlərdə 120 müxtəlif çaplı raketdən, artilleriya qurğusundan və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarından istifadə ediləcəyi vurğulanır.