Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye sentyabrın 11-də Azərbaycana gəlməlidir.
Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
İki gün davam edəcək səfərdə onun prezident İlham Əliyev və bir sıra rəsmilərlə görüşü gözlənir. Eyni zamanda, L.M.Paskye sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək «Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa» adlı dəyirmi masada da iştirak etməlidir.