Rusiyanın Daxili İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova-nın evinə bir nəfərin girdiyini, ona hücum etdiyini bildirir. Bu, qalmaqal yaratmış regional və yerli seçkilərdən iki gün öncəyə təsadüf edib.
“Maskalı şəxs pəncərədən girərək eyvana çıxıb, ev sahibi Pamfilova-nı bir neçə dəfə silahla hədələyib, sonra qaçıb”, – nazirlik bəyanatında insidentin sentyabrın 6-da səhər baş verdiyini vurğulayır.
Bəyanatda mümkün motiv haqda bir söz deyilmir, təhqiqat getdiyi vurğulanır.
“Hər şey yaxşıdı, salamatam”, – Pamfilova seçkiyə həsr olunmuş konfransda jurnalistlərə deyib.
Moskva və Sankt Peterburq şəhər şuralarına sentyabrın 8-də keçiriləcək seçki ölkədə etirazlar yaradıb. Müstəqil və müxalifət namizədlərinin seçkiyə buraxılmamasına etiraz olaraq bir neçə icazəli və icazəsiz nümayiş keçirilib.
Polis etirazları zorakılıqla dağıdıb.