Dünən, sentyabrın 4-də şair Abbas Abdulla vəfat edib.
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da deyib ki, A.Abdulla xəstə idi. Onun sözlərinə görə, şair sentyabrın 4-də axşam saatlarında yaşadığı mənzildə vəfat edib. «A.Abdulla Maştağada yerləşən qəbiristanlıqda dəfn ediləcək»,- T.Yaqublu bildirib.
A.Abdulla 1940-cı ildə doğulub. Bir çox şerlərin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Ədəbi «Ulduz» jurnalının baş redaktoru olub. 1992-93-cü illərdə Azərbaycanın İstanbulda baş konsulu kimi fəaliyyət göstərib.