Dünya İqtisadi Forumu “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nı açıqlayıb. İki ildən bir dərc olunan bu hesabatda 140 ölkədə sözügedən sahələrin durumu dəyərləndirilir.
Azərbaycan 140 ölkə içində 71-ci yerdədir.
Qonşulardan Rusiya 39, Ermənistan 79, Gürcüstan 68-, İran 89-cu yeri tutub.
Birləşmiş Ştatlar 5-ci, Çexiya Respublikası 38-cidir.
Azərbaycan “Biznes mühiti” kateqoriyasında mövqeyini ən çox yaxşılaşdırmış ölkə hesab olunub. Bu kateqoriyada birinci yeri İsveçrə tutub.