Sentyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-20, gündüz 25-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti proqnozlaşdırılır.
Sentyabrın 4-də Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Gecə 16-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təxmin edilir.