Bütün ölkədə yağış gözlənir

Yağış

Avqustun 31-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənir. Mülayim şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeronda gecə 18-20, gündüz 21-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Gecə bəzi şimal və şərq rayonlarında yağışın intensivləşəcəyi, güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 16-20, gündüz 22-27, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təxmin edilir.