23 obyektin bağlanması istənilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Xəzərin pulsuz çimərlikləri 'yoxa çıxır'

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) apardıqları monitorinqlər və onların nəticələrinə dair məlumat yayıb.

Bu barədə ETSN mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlama verib. Onun sözlərinə görə, son dövrlər dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib: «Dəfələrlə olunan xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub. 165 obyektə icrası məcburi olan göstəriş verilib».

Lakin haqlarında məhkəmələrə müraciət edilən obyektlərin adı açıqlanmayıb

İ.İbrahimova habelə deyib ki, istirahət mövsümü başa çatsa da, Xəzər dənizinin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacaqlar: «Əsas fəaliyyət hədəflərimizdən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Çimərliklərdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə, bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq...».