Katerdə yanğında bir nəfər ölüb

Arxiv fotosu

Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqda kater yanıb, bir nəfər həlak olub.

Fövqəladə Hallar Nazirliyi rəsmilərinin avqustun 22-də bildirməsinə görə, yanğın səhər 5:30-da Pyotr Tchaikovsky gəzinti katerində baş verib, təxminən bir saata söndürülüb.

Rəsmilər katerdəki 300-dən çox adamın evakuasiya olunduğu bildirilir. Yanğın katerin mühərrik bölməsindən başlanıb, orada olan bir nəfər həlak olub. Ölənin ekipaj üzvü, yaxud sərnişin olduğu bəlli deyil.

Yanğınla bağlı təhqiqat başlanıb.