Birləşmiş Ştatların Şimali Koreyadakı elçisi Stephen Biegun Prezident Donald Trump-ın Rusiyaya səfir təyin etmək istədiyi şəxsdir. Məlumatı Vox News və Reuters Ağ evdəki mənbələrə istinadla yayıb.
Rusiyadakı indiki səfir Yuta ştatının keçmiş qubernatoru Jon Hunstman-dır, o, oktyabrın 3-də vəzifəsindən gedir. Məlumatlara görə, yenidən qubernator postu uğrunda mübarizə aparacaq. Hunstman 2017-ci ilin oktyabrından Rusiyada xidmət edir.
Biegun Rusiya üzrə ekspert kimi tanınır. O, keçmiş prezident George W. Bush-un Milli Təhlükəsizlik Şurasında, eləcə də Konqresin milli təhlükəsizlik məsələləri üzrə aparıcı müşaviri kimi çalışıb.
Beigun Vox News-un yazdığına reaksiya verməyib.
Dövlət Departamentindən isə “Reuters”ə deyiblər ki, bəyan ediləsi “administrativ” açıqlama yoxdur.