Sibirin Açinsk şəhərinin 800-dən artıq sakini pul kompensasiyası istəyir. Burada silah deposunda iki partlayışda bir nəfər həlak olub, onlarla adam xəsarət alıb, 16 min nəfər evindən köçürülüb.
TASS xəbər agentliyi Açinsk yerli administrasiyasına istinadla xəbər verir ki, 58 nəfər mülkiyyətə dəymiş ziyana görə 550 min rubl (8 min 400 dollar) “maddi yardım” əldə edib.
Krasnoyarsk diyarında yerləşən şəhərdə partlayışlar avqustun 5 və 9-da baş verib. Son insidentdən sonra “regional səviyyədə fövqəladə vəziyyət” elan olunub.
Rəsmilər “partlayışa şimşəyin səbəb olduğunu” bildirirlər.
İstintaq Komitəsi ərazidə mümkün pozuntularla bağlı istintaq aparır.
Partlayışlardan sonra müdafiə nazirinin müavini regionda olub. O, deponu bağlamaq planları olduğunu bildirib.