Bu gün, avqustun 10-da Zaqatala rayonunda növbəti zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin ilkin məlumatlara əsasən gün ərzində növbəti zəlzlə yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ hiss olunub.
Onun bu dəfə 7 klomter dərinlikdə, 3.7 maqnituda baş verdiyi qeyd edilir.
--
6 bal gücündə zəlzələ olub
Avqustun 10-da saat 11:35-də Zaqatala rayonu ərazisində zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda qeyd edilir ki, hadisə Zaqatala stansiyasından 18 km cənub-qərbdə qeydə alınıb:
“Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.”
Hələlik, dağıntı və tələfat haqqında məlumat yoxdur.
Xatırlatma
2014-cü il iyunun 29-da Zaqatala rayonunda 6 bal gücündə zəlzələ baş vermişdi.Onda da tələfat olmasa da bir çox tiklilərdə çatlar yaranmış, bəziləri isə dağılmışdı.Ondan iki il əvvəl, 2012-ci ildə isə rayonda 7 bal gücündə zəlzələ olmuşdu.Onda da Zaqatala və bəzi qonşu rayonlarda bir çox binalar dağıntıya məruz qalmışdı.