Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2019-cu ilin iyul ayında 434.9 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Bu barədə Fondun bu gün, avqustun 7-də yaydığı məlumatda yazılıb. Dollar satışında təqribən 120 min dollar artım var. Fond iyunda 315.9 milyon ABŞ dolları satmışdı.
Amma ay ərzində artım olsa da, illik müqayisədə azalma var.
Fond 2018-ci ilin iyulunda 536.6 milyon dollar satdığını açıqlamışdı.
Son illər Azərbaycanda keçirilən valyuta hərraclarına Mərkəzi Bank yox, Neft Fondu vəsait çıxarır.