Rusiyanın Sibir regionunda 163 min 100 hektar ərazidə meşə yanğını davam edir. TASS xəbəri avqustun 7-də yayıb.
İrkutsk və Krasnoyarsk, eləcə də Yakutiya, Buryatiya, Amur, Tomsk və Çukotkanı yanğın ağuşuna alıb.
“Yanğınsöndürmə işinə 3 min 800-dək adam, 492 avadanlıq cəlb olunub”, – TASS bildirir.
İrkutsk, Yakutiya və Krasnoyarskda fövqəladə vəziyyət qalmaqdadr. Buryatiyada bir bölgədə də fövqəladə vəziyyət elan olunub.