Əfqan polis 7 həmkarını öldürüb

Arxiv fotosu

Avqustun 4-də Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində polis əməkdaşı həmkarlarına atəş açıb, azı yeddi nəfər öldürülüb.

Hücuma görə məsuliyyəti Taliban silahlı qruplaşması üzərinə götürüb.

Əfqanıstanda son vaxtlar “daxili hücumlar” ara-sıra baş verir, polis əməkdaşı, yaxud əsgər silahı həmkarlarına tuşlayır.

Hücum edənin hadisə yerindən qaçdığı, istintaq getdiyi vurğulanır.

Talibanın sözçüsü Qari Yusouf Ahmadi hücum edən şəxsin Taliban üzvü olduğunu iddia edib.

Hazırda Taliban qruplaşması ölkənin təxminən yarısına nəzarət edir, hər gün hücumlar gerçəkləşdirir.

Ötən həftə elə həmin bölgədə əfqan əsgər iki amerikalı əsgəri güllələyərək öldürüb. Yaraqlılar hazırda polis nəzarətində olan şübhəlini “qəhrəman” adlandırıb.