Avqustun 2-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-27, gündüz 30-35, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti proqnozlaşdırılır.
Avqustun 2-də Azərbaycanın bəzi rayonlarında isə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 22-27, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti təxmin edilir.