Keçmiş nazir müavininə 14 il həbs kəsildi

Azimkan Jusubaliev

Qırğızıstanın keçmiş nəqliyyat naziri müavini Azimkan Jusubaliev 14 il həbs cəzasına məhkum edilib. O, yol təmiri layihəsi üçün rüşvət qalmaqalında iştirakda təqsirli bilinib.

Bir May rayon məhkəməsi qərarı iyulun 30-da axşam çıxarıb.

Onun vəkilləri apelyasiya şikayəti veriləcəyini bildiriblər.

Keçmiş nazir müavini dekabrda həbs olunub. Onun magistral tikintisi layihəsi üzrə tenderi udmaq istəyən şirkətdən 520 min dollar rüşvətin bir hissəsini alarkən tutulduğu bildirilirdi.

Rüşvətalmanı təşkil edən Bolot Toktobaev altı illik həbsə məhkum edilib. Qazaxıstanın Almatı şəhərində mənzillənən İtaliya şirkətinin təmsilçisi Belkhruz Gulruzov isə rüşvət təklif etməkdə təqsirli bilinib, 2 milyon som (25 min 700 dollar) cərimə ödəməli olacaq.

Jusubaliev-in dekabrda həbsi Nəqliyyat Nazirliyinin ünvanına sərt tənqidə yol açıb. Bundan sonra Prezident Sooronbai Jeenbekov nazir Jamshitbek Kalilovu işdən çıxarıb.

Qırğızıstanda yanvarda qəbul olunmuş qanuna görə, rəsmi korrupsiya haqda məlumat verən polis əməkdaşları və vətəndaşlar dövlətin bundan əldə etdiyi maddi qazancın bir hissəsini qazanırlar. Qanunla bu şəxslər qorumayla da təmin olunur.