Bakının bəzi küçə və prospektlərində tətbiq edilən sarı zolaq qadağası götürülüb.
Sürücülər iyulun 29-u gecə saat 00:00-dan zolaqlar üzrə sərbəst hərəkət edə bilirlər.
Bu zolaqlarda hərəkət üzrə məhdudiyyət bu il iyulun 19-dan 20-nə keçən gecədən tətbiq olunmuşdu.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qadağanı XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə izah etmişdi. Qadağanı pozan sürücülər 40 manat cərimə edilirdi.
Xatırlatma
İyulun 21-dən 28-nə kimi «Bakı-2019» XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilib.
Azərbaycan 10-u qızıl, 7-si gümüş, 6-sı bürünc olmaqla, 23 medalla 4-cü yeri tutub.
Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq məqsədilə 1990-cı ildə irəli sürülüb. Bu Festival 14-18 yaş arası Avropa atletlərindən ötrü çox idman növlü tədbirdir. Birinci Festival 1991-ci ildə Belçika paytaxtı Brüsseldə keçirilib.