2019-cu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 milyon 327.5 min gecələmə olub.
Dövlət Statistika Komitəsinin (DSK) bu gün, iyulun 26-da yaydığı məlumatda qeyd edilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Mehmanxanalarda gecələmə ilə bağlı əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdə də 2 faiz artım var. Onlar arasında isə üstünlük Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına məxsusdur.
DSK vurğulayıb ki, cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12.4 faiz artıb. Bu, 187.7 milyon manat təşkil edib.
Azərbaycanda otel biznesinin monopoliyada olduğu, bu bizneslə, əsasən, hakimiyyətin yuxarı təbəqəsində təmsil edilən şəxslərə yaxın qüvvələrin məşğul olduğu bildirilir. Hərçənd, rəsmi qurumlar belə iddiaları gerçək saymırlar.