Külək ağacları kökündən qoparıb

Foto arxiv

«Dünən, iyulun 22-si axşamdan başlayan külək Bakının rayonlarında bəzi fəsadlar törədib».

Bunu Bakı Şəhər Yaşıllaşdırma Departamentinin Bitkilərin mühafizəsi şöbəsinin rəhbəri Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, Binəqədi rayonunda güclü külək iki ağacı kökündən qoparıb: «Özü də maraqlı budur ki, kökündən sınan ağaclar cavan ağaclar olub. Amma xeyli qoca ağaclar olub ki, külək onlara ziyan vurmayıb».

Şöbə rəhbəri əlavə edib ki, külək paytaxtda ümumilikdə 10-dək iri ağacın qol-budaqlarını sındırıb: «Küləyin sındırdığı ağaclar və eləcə də budaqlar yollardan artıq yığışdırılıb».

Son günlər paytaxt Bakı və bir sıra bölgələrdə küləkli hava hökm sürür.