Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün, iyulun 15-də Amerika Birləşmiş Ştatlarına səfər edib.
Bu barədə Komitənin yaydığı məlumatda bildirilir.
Məlumata görə, o, 16-18 iyul tarixlərində Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəliləməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edəcək.
Səfərin ümumilikdə iyulun 21-dək davam edəcəyi gözlənir.
«Sözügedən tədbirdə «Azərbaycan – dini tolerantlıq modeli» mövzusuna həsr olunan dəyirmi masanın təşkili planlaşdırılır. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, din xadimləri qatılacaqlar», - Komitənin açıqlamasında qeyd edilir.
Sayca ikincisi dəfə keçiriləcək konfransda Azərbaycan ilk dəfədir iştirak edir.