İyulun 9-da Milli Məclisin plenar iclasında «Əmək pensiyaları haqqında» Qanuna dəyişiklik layihəsi ikinci oxunuşda qəbul olunub.
Deputatlar prezident İlham Əliyevin minimal pensiyaların artırılması ilə bağlı parlamentə göndərdiyi layihənin lehinə səs veriblər.
Yeni qanuna әsasәn, əmək pensiyasının minimum məbləği 2019-cu ilin oktyabrından 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödəniləcək.