İkinci Mahmud imzasıyla tanınan gənc yazar Mahmud Ağakişiyev vəfat edib. Onun ürək tutmasından həyatını itirdiyi deyilir.
Yazıçının dostu Ömər Mazanov (Ömər Xəyyam) APA-ya bildirib ki, M.Ağakişiyev səhər saatlarında həyat yoldaşı Könül Ağakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.