Sibirdə leysan yağışların törətdiyi daşqınlarda iki nəfər həlak olub.
İyunun 27-də İrkutsk regionundan fövqəladə vəziyyət elan olunub. Bir neçə gün davam edən leysan yağışlardan sonra regionun üç bölgəsində daşqın yaranıb.
İrkutsk regional hökumətinin iyunun 28-də bildirməsinə görə, Yevdokimovka kəndində evindən çıxmaq istəməyən bir cütlük həlak olub. Hakimiyyət əhalinin köçürülməsinə göstəriş vermişdi.