ABŞ ordusu iyunun 26-da Əfqanıstanda iki hərbçisinin öldürüldüyünü bildirir. Bundan bir gün öncə Dövlət katibi Mike Pompeo Kabilə qəfil səfəri zamanı deyib ki, Vaşinqton “sentyabrın 1-dək” sülh sazişinin əldə olunacağına ümid bəsləyir.
Ordu bəyanatında ölümlərin hansı şəraitdə baş verdiyini açıqlamayıb. Bununla bu il Əfqanıstanda ölən ABŞ hərbçilərinin sayı azı 6-ya çatıb.
Ötən sentyabrdan Birləşmiş Ştatlar Taliban silahlı qruplaşması ilə danışıqlar masasına keçib, 18 ildir davam edən əfqan münaqişəsini bitirməkdən ötrü danışıqlar başlanıb.
ABŞ-ın elçisi Zalmay Khalilzad Qətərin paytaxtı Dohada Talibanla altı raund danışıq aparıb. Növbəti raund iyunun 29-na planlaşdırılır.
Danışıqlarda əsasən xarici hərbçilərin Əfqanıstandan çıxarılmasının qrafiki, yaraqlıların əfqan torpağından hücumlar planlaşdırmayacağına Talibandan zəmanət almaq müzakirə olunacaq.