Interpol-un keçmiş rəhbəri rüşvət aldığını ‘etiraf edib’

Meng Hongwei

Çin məhkəməsi bildirir ki, Interpol-un keçmiş prezidenti Meng Hongwei 2 milyon dollardan artıq rüşvət aldığını etiraf edib və işlədiyi cinayətdən peşman olduğunu bildirib.

Çinin şimal-şərqində yerləşən Tianjin liman şəhərində yerləşən məhkəmənin bildirməsinə görə, Meng-in etirafı iyunun 20-də keçirilən iclasda oxuduğu bəyanatda yer alıb.

Məlumatlara görə, bu etiraf Çin vətəndaşı olan Meng-in məhkum olunacağı anlamına gəlir.

Ancaq hökmün nə vaxt oxunacağı bəlli deyil.

Meng 2016-cı ildə beynəlxalq polis təşkilatının prezidenti seçilib. O, sentyabrın sonunda Fransadan Çinə gedincə itkin düşüb.

Interpol Çindən onun yerini soruşmağa məcbur qalıb.

Tianjin məhkəməsi Meng-in rüşvət müqabilində tutduğu dövlət qulluğundan sui-istifadə etdiyini bildirib.