ABŞ rəsmiləri Ukrayna paytaxtının adını Rusiya variantındakı kimi “Kiev” yox, Ukrayna dilindəki yazılış və tələffüzə uyğun “Kyiv” yazmağa razılaşıblar. Məlumatı Ukrayna yayıb.
İyunun 13-də Facebook səhifəsindəki bəyanatında Ukraynanın Vaşinqtondakı səfirliyi bildirib ki, ABŞ-ın Coğrafi Adlar üzrə İdarəsinin bu qərarı iyunun 17-dən qüvvəyə minəcək.
Məlumata görə, bu dəyişiklik Birləşmiş Ştatlardan kənarda da həyata keçiriləcək – beynəlxalq aeroportlarda, təşkilatlarda “Kyiv” yazılacaq.
Dəyişikliyi Ukraynanın Birləşmiş Ştatlardakı səfiri Valeriy Challiy xahiş edibmiş, bəyanatda belə deyilir.
Ukrayna #KievdeyilKyiv həştəqi ilə kampaniya aparır, beynəlxalq qurumları, ölkələri bu ölkədəki yer adlarını Ukrayna fonetikasına uyğun yazmağa çağırırdı.