Ukraynanın Qara Dəniz sahilindəki Odessa şəhərində prixiatrik xəstəxanada yanğın baş verib, altı nəfər həlak olub. Rəsmilər beş nəfərin zəhərlənmə diaqnozuyla xəstəxanaya yerləşdirildiyini bildirir. Yanğın iyunun 10-da axşam baş verib.
Birmərtəbəli binadakı yanğının qurbanları tibb bacısı və beş pasiyentdir.
Yanğınının səbəbi hələlik, bəlli deyil.
Polis yanğın təhlükəsizlik qaydalarının mümkün pozuntuları üzrə cinayət işi açıb.
Ukrayna Prezidenti Volodymyr Zelenskiy “dəhşətli faciə”dən məyus olduğunu bildirib, Baş nazir Volodymyr Hroysman-a təhqiqat aparılmasından ötrü dərhal komissiya yaratmaq göstərişi verib.
Ukraynada köhnəlmiş infrastruktur, təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən böyük itkilərlə nəticələnən yanğınlar qeyri-adi hal sayılmır.