Sığorta bazarı kiçilib

Sizin brauzer HTML5-i dəstəkləmir

'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]

2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri 265.3 mln. manat sığorta haqları toplayıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının iyunun 10-da yaydığı məlumatda yazılıb.

Həmin məlumatda qeyd edilir ki, hesabat dövründə 66.7 mln. manat sığorta ödənişləri həyata keçirilib.

2018-ci ilin eyni dövründə isə 301.4 mln. manat sığorta haqları toplandığı, 78.5 mln. manat da sığorta ödənişi edildiyi qeyd olunurdu.

2014-cü ildə dünyada neftin qiyməti kəskin ucuzlaşdıqdan sonra Azərbaycanın sığorta bazarında da kiçilmə baş vermişdi. Amma son vaxtlar əks proseslərin getdiyi bildirilirdi.