İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramı qeyd edilir. Bayram münasibətilə iyunun 5-də Əjdərbəy və Təzə Pir məscidlərində bayram namazı qılınıb.
QMİ Qazılar Şurasının fətvasına görə, Ramazan ayı bu il Azərbaycanda mayın 6-da başlayıb və Fitr bayramı (Şəvval ayının 1-i) iyunun 5-də keçirilir.
Hərçənd bayramın 5-də deyil, 4-də qeyd olunmalı olduğunu söyləyənlər də var. Bu mübahisə hər il Azərbaycanda mübahisələrə yol açır.
Bu il fitrə zəkatının adambaşına həcmi 5-10 manat dəyərində müəyyən edilib.