ABŞ konqresmenləri dünyanın ən böyük texnologiya şirkətlərinə qarşı antimonopoliya təhqiqatı başladır. Birləşmiş Ştatların hökumət tənzimləyicilərinin də oxşar istintaqa başlamaları gözlənir.
Nümayəndələr Palatasının Ədliyyə Komitəsi iyunun 3-də bildirib ki, “nəhəng texnologiya platformalarının bazar gücü başdan-ayağa nəzərdən keçiriləcək”.
Hansısa şirkət adı çəkilməyib, ancaq sənaye ekspertlərinin fikrincə, Konqresin ilk dəfə başlatdığı bu istintaq Facebook, Google, Amazon və Apple şirkətlərini hədəfə alır.
Facebook-un loqosu
ABŞ mediasında yayılmış xəbərlərə görə, Ədliyyə Departamenti Google şirkətinin rəqabət təcrübəsini araşdıracaq. Wall Street Journal yazıb ki, Federal Ticarət Komissiyası Facebook-la bağlı istintaq hüququ əldə edib.
Adıçəkilən dörd şirkətin hamısının səhmləri iyunun 3-də ciddi ucuzlaşıb.
Hal-hazırda Birləşmiş Ştatlarda hökumətə şirkətlərdə yoxlama aparmaqdan ötrü təzyiq olunur.
Avropada oxşar yoxlamalar aparılıb, Google və digər şirkətlər milyardlarla dollar cərimələnib.
Federal Ticarət Komissiyası isə artıq Facebook-a qarşı mümkün gizlilik qaydalarının pozuntusunu araşdırmağa başlayıb.