Ukrayna kilsəsi sinod keçirir

Kilsə sinodu

Ukraynanın yeni Pravoslav Kilsəsinin aparıcı fiqurları mayın 24-də sinod keçirirlər. Bu yığıncaq müstəqil Ukrayna kilsəsinin qatı tərəfdarı ola Patriarx Filaret ilə yeni kilsənin rəhbəri Metropolitan Epifaniy arasında hakimiyyət çəkişməsi gedən bur dönəmdə baş tutur.

90 yaşlı Patriaxr Filaret deyir ki, ilin əvvəlində Moskva Patriarxlığından ayrılmış yeni kilsəni o idarə etməlidir, 40 yaşlı Metropolitan Epiphany isə kilsəni beynəlxalq miqyasda təmsil etməlidir.

Filaret-in sözlərinə görə, bu məsələ dekabrda o, ovaxtkı prezident Petro Poroshenko və Epifaniy arasında razılaşdırılıb.

Epifaniy isə Filareti kilsəni öz bildiyi kimi, oktyabrda əldə olunmuş razılaşmalara zidd idarə etməkdə suçlayır. Oktyabrda Ukrayna Konstantinopol Patriarxı Varfolomeydən müstəqil pravoslav kilsəsi qurmaq üzrə razılıq alıb.

Epifaniy kilsənin kollektiv şəkildə idarə olunmalı olduğunu deyir.

Ukraynanın Moskva Patriarxlığından ayrılaraq müstəqillik əldə etməsi Rusiya və Rusiya Pravoslav Kilsəsini qəzəbləndirdi.