Bakının birinci Zabrat qəsəbəsində sakinlər etiraz aksiyası keçiriblər

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakının birinci Zabrat qəsəbəsində sakinlər etiraz aksiyası keçiriblər, Zabrat - Maştağa yolunu bağlamağa cəhd ediblər.
Sakinlər qaz, su, işıq problemlərinə görə etiraz etdiklərini bildirir, sosial problemlərinin həllini tələb ediblər. Aksiya zamanı Zabrat-Maştağa yolunda tıxac yaranıb, daha sonra yol polisi əməkdaşları etirazçıları magistral yoldan çıxarıb.
Məsələyə Zabrat qəsəbə nümayəndəliyindən münasibət almaq cəhdimiz baş tutmadı.