Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün, mayın 16-da Fransa Respublikasına səfər edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər çərçivəsində E.Məmmədyarov Fransa rəsmiləri ilə bir sıra görüşlər keçirməlidir. Həmin görüşlərdə ikitərəfli və regional məsələlərin müzakirəsi gözlənir.