Avropa Komissiyası mayın 15-də Orta Asiya üzrə yeni strategiya qəbul edib. Məqsəd Orta Asiyadakı əlaqələri təkmilləşdirmək “istəyən və buna qadir” keçmiş sovet respublikaları ilə “daha güclü, müasir, eksklüziv olmayan tərəfdaşlıq” qurmaqdır.
16 səhifəlik sənəddə Avropa Komissiyasının növbəti illər ərzində Orta Asiyadakı beş respublika – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla əldə etmək istədikləri ümumi müddəalarla verilib.
Konkret siyasətin detalları göstərilməyən strategiya 2007-ci ildə qəbul olunmuş sənədin yenilənmiş versiyasıdır.
İnsan haqları və vətəndaş cəmiyyətinə dəstək
Sənəddə qeyd olunur ki, AB Orta Asiya tərəfdaşlarından hər birinin məram və niyyətlərinə sayqı ilə yanaşmaqla yanaşı, “münasibətləri dərinləşdirmək istəyən Orta Asiya ölkələri ilə işi dərinləşdircək”.
Brüsselin 2015-ci ildə Qazaxıstanla imzalanmış Hərtərəfli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri AB-nin regiondakı fəaliyyətinin “sütun”u olacaq.
Hazırda Brüssel Qırğızıstan və Özbəkistanla oxşar razılaşmalar üzrə danışıqlar aparır.
Strategiya sənədində o da vurğulanır ki, AB regiondaxili ticarət və sərmayəyə məhdudiyyətləri yoluna qoymağa çalışacaq, Orta Asiya ölkələrinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü dəstəkləyəcək.
Sənəd insan haqları və vətəndaş cəmiyyətinə dəstək də bildirir.
Regiona daha yüksək səviyyəli səfərlər təşkil etmək, həmçinin Xəzər dənizinin dibiylə Türkmənistanla Azərbaycanı birləşdirəcək Trans-Xəzər Kəmərinin çəkilməsinin mümkünlüyünü dəyərləndirmək vəd olunur.