Mayın 15-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Cənub-qərb küləyinin əsəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti proqnozlaşdırılır.
Mayın 15-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təxmin edilir.
Son həftədə Azərbaycanın bir sıra rayonlarına dolu düşüb. Dolunun evlərə, təsərrüfatlara ciddi ziyan vurduğu bildirilir.