Yeni araşdırma Ayın büzüşdüyünü üzə çıxarıb. Ayın daxilinin geoloji zamanla soyuması onun səthində minlərlə qırış yaradıb.
Araşdırma mayın 13-də “Nature Geoscience” jurnalında dərc olunub. Bu araşdırma Ayın yer kimi dinamik və tektonik fəal olması ehtimalını da üzə çıxarıb. Axı, bəzi alimlər onu ətalətli hesab edirdilər.
Yeni tədqiqat 1969-cu ildən 1977-ci ilədək Ayın səthində işləmiş seysmometrlərin qeydə aldığı titrəyişlərə söykənir.
“Bu o deməkdir ki, Ay 4,51 milyard ildən sonra belə tektonik baxımdan fəal qalmağı bacarıb”, – tədqiqata rəhbərlik etmiş alim Thomas Watters deyib.
ABŞ astronavtları ayın səthində seysmometrləri Apollo 11, 12, 14, 15 və 16 missiyaları zamanı quraşdırıblar. Bu aparatlar 5 bal gücünədək 28 titrəyiş qeydə alıblar.