Mayın 11-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gecə yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 14-16, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti proqnozlaşdırılır.
Mayın 11-də Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə onun leysana keçəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti təxmin edilir.